İran təcili iclas çağırdı, ABŞ isə HƏDƏLƏDİ

 21:22 29.10.2024     159

Vaşinqton gərginliyin genişlənməsini görmək istəmir və hər iki tərəflə əlaqə saxlayır.

Redaktor.az xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının təcili iclasında ABŞ-ın bu qurumdakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

“Birləşmiş Ştatların İsrailə mesajı aydın olaraq qalır: biz həmişə onun xalqını və ərazisini İrandan, onun terrorçu proksi qüvvələrindən və tərəfdaşlarından müdafiə etməyə kömək edəcəyik”, - o deyib.

ABŞ nümayəndəsi vurğulayıb ki, bizim İrana mesajımız da aydındır:

“Əgər o, İsrailə və ya bölgədəki ABŞ personalına qarşı növbəti təcavüzkar addımlar atmağa qərar verərsə, bunun ciddi nəticələri olacaq. Biz özümüzü müdafiə tədbirləri görməkdən çəkinməyəcəyik”.

BMT Təhlükəsizlik Şurasının üzvləri yekunda İsrail və İranı bir-birinə qarşı qarşılıqlı hücumlar silsiləsini kəsməyə çağırıblar.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının fövqəladə iclası İsrailin şənbə günü gecə İrana hava zərbələrindən sonra İranın tələbi ilə çağırılıb.