Urmiya gölü yenidən qurumağa BAŞLADI

 21:38 29.10.2024     158

Güney Azərbaycanın incisi sayılan Urmiya gölü yenə də acınacaqlı vəziyyətdədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Əvvəlki aylarda su ilə dolan Urmiya gölünün yatağının bir çox hissəsinin quruduğu bildirilir.

Eyni zamanda, öncəki illərə görə, Urmiya gölünün cənubunda və ortasında çəkilən körpünün ətrafında su var, şimal yarısı isə demək olar ki, quruyub.