ABŞ İsraildən bu hücuma görə izahat tələb ETDİ

 23:13 29.10.2024     182

Qəzza zolağında Beyt-Lahiya yaşayış məntəqəsinə endirilən zərbəyə görə, ABŞ İsraildən izahat tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Nələrin baş verdiyini aydınlaşdırmaq üçün İsrail hakimiyyəti ilə əlaqə yaratdıq. Biz hələ ki, şəraiti bilmirik. Bu, faciəvi nəticələri olan hadisədir. Ölənlərin sayını dəqiq deyə bilməsəm də, hücumda ən azı 20-dən çox insanın həlak olması barədə məlumatlar var”, - deyə o bildirib.