Rusiya 2025-ci ildə Ukraynada öz məqsədlərinə çata biləcək - "Vaşinqton Post"
Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət “tutqun” olaraq qalmaqda davam edərsə, Rusiya 2025-ci ildə Ukraynada uğur qazana biləcək.
Redaktor.az xəbər verir ki, bu açıqlama ilə "The Washington Post" (WP) çıxış edib.
Nəşr qeyd edir ki, Ukrayna qoşunları “şərqdə cəbhə xəttini saxlamağa çalışırlar, lakin mövqelərini itirirlər”, belə ki, “qələbə perspektivi” yox olur və Qərbin dəstəyi zəifləyir. Bu baxımdan, qəzetin yazır ki, Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə gedəcəyi “perspektivini təsəvvür etmək getdikcə asanlaşır”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Kiyevlə danışıqların aparılması üçün 4 şərt, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması və NATO-ya üzv olmaqdan imtina etməsini qeyd edib. Onun sözlərinə görə, Rusiya da Ukrayna üçün neytral, bloklara qoşulmayan, nüvəsiz statusun olmasını və Rusiya Federasiyasına qarşı Qərbin bütün sanksiyalarının ləğvini zəruri hesab edir.
Turan İSMAYIL