İran "iPhone" idxalına qoyulan qadağanı aradan qaldırdı

 13:21 30.10.2024     157

İran hakimiyyəti "iPhone" smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb, onların ölkə daxilində idxalı və qeydiyyatı üçün yaxın vaxtlarda yeni mexanizm tətbiq olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib.

"Bu gün biz qanuni məsələlər üzrə vitse-prezidentin və ticarət, sənaye və mineral ehtiyatlar nazirinin köməyi ilə məhdudiyyətləri aradan qaldırmaq üçün Nazirlər Kabinetinin razılığını ala bildik. "iPhone" idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq", - Haşimi X-də yazıb.

Qeyd edək ki, mayın 30-da İranın "Tasnim" agentliyi İran gömrüyünün bəyanatına istinadən xəbər verib ki, agentlik ölkəyə istənilən nəsil "iPhone" smartfonlarının idxalına qadağa tətbiq edib.

2017-ci ildə Amerikanın "Apple" korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını onlayn "App Store"dan silib.

Turan İSMAYIL