Ərdoğan Akşeneri BAĞIŞLADI

 14:36 30.10.2024     152

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ partiyasının keçmiş lideri Meral Akşenerlə bağlı məhkəmədə qaldırdığı iddia və şikayətlərindən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın özünün "X" hesabında yazıb.

 O qeyd edib ki, bu çərçivədə  prezidenti təhqir etdiyi üçün Akşenerə açılan üç istintaq işindən, dörd mülki iddiadan və maddi təzminatlardan imtina edilib.

Qeyd edək ki, iyun ayında Akşener Ərdoğanla görüşüb. Görüşdən sonra ictimaiyyətə açıqlama verilməyib. Türkiyənin siyasi kuluarlarında görüş ciddi rezonans doğurub. İYİ partiya rəsmiləri müxtəlif KİV-lərə açıqlamasında görüşün partiya adından deyil, fərdi qaydada baş tutduğunu bildiriblər.