Gürcüstanın baş naziri ölkədə keçirilən seçkiləri təmiz və demokratik ADLANDIRDI
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri tamamilə təmiz, şəffaf, rəqabətli və demokratik keçdi.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Seçkilər tamamilə ədalətli, azad, rəqabətli, təmiz keçdi”, - deyə hökumət rəhbəri bildirib.
Turan İSMAYIL