Netanyahu oğlunun toyunu təxirə sala BİLƏR

 16:14 30.10.2024     115

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik səbəbindən kiçik oğlu Avnerin toyunu təxirə salmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb. 

Baş nazirin pilotsuz uçuş aparatları ilə hücumdan ehtiyat etdiyi qeyd olunub.

Məlumata görə, Netanyahu qapalı görüşlərdə bildirib ki, hazırkı vəziyyətdə tədbiri təxirə salmağı məqsədəuyğun hesab edir.

Şirkətin mənbəsi qeyd edib ki, 30 yaşlı Avnerin toyunun noyabrın 26-da Təl-Əvivdən şimalda “Havat Ronit” kompleksində keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, oktyabrın 19-da Netanyahunun Kesariya şəhərində yerləşən şəxsi iqamətgahına PUA hücumu olub. Livanın “Hizbullah” hərəkatı həmin hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Onu da qeyd edək ki, Sara Netanyahu ilə evli olan Benyamin Netanyahunun Yair, Avner və Noa adlı üç övladı var.