"Harris qalib gəlsə, bütün müxalifəti məhv edə bilər" - Amerikalı milyarder
Demokratlardan prezidentliyə namizəd Kamala Harris seçkidə qalib gələrsə, müxalifəti məhv edəcək.
Redaktor.az xəbər verir ki, bu fikri amerikalı milyarder Devid Saks deyib.
“ABŞ-nin hazırkı prezidenti Co Bayden və Kamalanın son mesajı demokratların ölkəni necə “birləşdirəcəklərini” açıq şəkildə göstərir: onların mövqeyi ilə razılaşmayan cəmiyyətin digər yarısını şeytanlaşdırmaqla, senzuradan keçirməklə, müxalifət qalmayana qədər onu təqib etməklə”, - deyə o X-də Baydenin Respublikaçı tərəfdarları haqqında söylədiyi "zibil" sözlərini belə şərh edib.
Turan İSMAYIL