Amerika xalqını sevməsəniz, ona rəhbərlik edə bilməzsiniz - Tramp
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Demokratlar administrasiyasını Amerika xalqını bəyənməməkdə və “nifrət kampaniyası” aparmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.
"Mən Amerikanı xilas etmək üçün müsbət həllər kampaniyası apararkən, Kamala Harris nifrət kampaniyası aparır. O, bütün həftəni siyasi rəqiblərini tarixin ən pis kütləvi qatilləri ilə müqayisə edib. Amerika xalqını sevməsəniz, Amerikaya rəhbərlik edə bilməzsiniz. Kamala Harris və Co Bayden hər ikisinin ABŞ prezidenti olmaq üçün yararsız olduqlarını göstərdilər”, - Tramp qeyd edib.
Türkan İSGƏNDƏRLİ