Ərdoğan İslam ölkələrini tənqid etdi
İslam dünyası ölkələri İsrailin Qəzza zolağındakı hərəkətlərinə kifayət qədər reaksiya vermir.
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bir neçə ölkə istisna olmaqla, təəssüflə bildirirəm ki, İslam dünyasından heç bir güclü reaksiya yoxdur. Unutmaq lazım deyil ki, bu pozğunluq tarixə düşüb. İsrail rəhbərliyi məsuliyyəti, sülhü, insan haqlarını, mətbuat azadlığını və demokratiyanı qorumaq olan bütün strukturları sıxışdırıb”, - deyə o qeyd edib.
Türkan İSGƏNDƏRLİ