Rusiya Finlandiya səfirini çağırıb
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın səfiri Marja Liivalanı çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Finlandiyada Rusiya əmlakının ələ keçirilməsi ilə bağlı etiraz edilib .
“Rusiya tərəfi Finlandiya tərəfindən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara mümkün qədər tez bir zamanda yenidən baxmağı tələb edib”, - nazirlik bildirib.
Türkan İSGƏNDƏRLİ