ABŞ Rusiyaya qarşı sanksiya siyahısını GENİŞLƏNDİRDİ

 20:26 30.10.2024     163

ABŞ hökuməti Rusiyanın 30-dan çox fiziki, 360-dan çox hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, sanksiya tətbiq olunan şirkətlər əsasən Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkətlər və müəssisələr, konstruktor büroları və elmi-tədqiqat institutlarıdır.

Siyahıda, həmçinin “Mordoviyanın Pilotsuz Texnologiyaları”, “Arsenal” Elmi-Texniki Mərkəzi, “Rusiya Hava Nəqliyyatı Laboratoriyası”, eləcə də Moskva Aviasiya İnstitutu var.

Sanksiya siyahısına Rusiya şirkətləri ilə yanaşı, xarici hüquqi şəxslər, o cümlədən Çin, Türkiyə, İsveçrə və Özbəkistandan olan hüquqi şəxslər də daxil edilib.

Maliyyə Nazirliyindən qeyd edilib ki, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi üçün texnologiya və mal tədarükçülərinə, eləcə də əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısının alınmasına yönəlib.