BMT UNRWA-nın “dağıdılması cəhdlərinə” qarşı xəbərdarlıq ETDİ
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvləri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) "dağıdılması və ya ixtisar edilməsi" cəhdlərinə qarşı olduqlarını və bu cəhdlərə qarşı xəbərdarlıq ediblər.
Redaktor.az xəbər verir ki, İsrail Parlamentinin UNRWA-nın fəaliyyətinin dayandırılmasını əhatə edən qanun layihələrini təsdiqləməsindən sonra BMT Təhlükəsizlik Şurasının 15 üzvü yazılı açıqlama verib.
Bəyanatda BMT Təhlükəsizlik Şurasının üzvlərinin UNRWA-nın əsas rolundan xəbərdar olduqları vurğulanıb və agentliyin Qəzzaya humanitar yardımın əsasını təşkil etdiyi qeyd edilib.
Seymur BƏNNAYEV