Hizbullahın daha bir önəmli şəxsi ÖLDÜRÜLDÜ

 21:24 30.10.2024     127

Hizbullahın Radvan silahlı qruplaşmasının komandir müavini Mustafa Əhməd Şahadi öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada Radvan bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.