Hizbullah atəşkəsdən sonra danışıqlar apara bilər

 21:04 30.10.2024     126

Livanda yerləşən şiə partiyası Hizbullah, yəhudi dövləti döyüşləri tamamilə dayandırana qədər İsrailin təcavüzünə tab gətirəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri partiyanın yeni Baş katibi Naim Qassem Əl Manar deyib.

“Mütləq qələbəmizə qədər mübarizəmizi davam etdirəcəyik. Bununla belə, əgər düşmənimiz müharibəni dayandırsa, biz yalnız bizim üçün məqbul olan şərtlərlə atəşkəsə razılaşacağıq”, - o əlavə edib.

Siyasətçi vurğulayıb ki, tənzimləmə ilə bağlı istənilən danışıqlar ancaq atəşkəsdən sonra aparıla bilər.

Türkan İSGƏNDƏRLİ