Blinken Rusiyaya qarşı yeni sanksiyaların hədəflərini AÇIQLADI

 21:39 30.10.2024     126

ABŞ hökuməti Rusiyanın Ukraynada müharibə aparmasına kömək etdiyinə görə 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə və enerji sektoruna qarşı yönəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Bu tədbirlər Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib”, - Blinken bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər çoxsaylı üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşı yönəlib.