Netanyahu qlobal sistemin məhvinin SÜBUTUDUR
Beynəlxalq ictimaiyyət İsrailin Qəzza zolağında zorakılığını dayandırmaq üçün təsirli və çəkindirici tədbirlər görmür.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Təəssüf ki, Netanyahu adlı bəşəriyyətin düşməninin qarşısını almaq üçün təsirli və çəkindirici addımlar atılmır. Bu, II Dünya müharibəsindən sonra yaradılmış qlobal sistemin özünü məhv etməsinin ən konkret sübutudur. Qəzzada baş verən soyqırım dünyanın bütün maskalarını ortaya çıxardı", - Ərdoğan qeyd edib.