İsrail Hizbullahın yanacaq anbarlarını VURDU
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində Hizbullah hərəkatının yanacaq anbarlarına hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bu anbarlar Hizbullah hərbi maşınlarının yanacaqla təmin edilməsində istifadə edilib və Hizbullahın əməliyyat hərbi infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edirdi", - məlumatda bildirilib.
Qeyd edilib ki, hücum edilən ərazilərdəki yanacaq İran tərəfindən Hizbullaha hərbi dəstəyin bir hissəsi olaraq verilib.