AB birbaşa 36 ay uzadır - Kremldən əsəbi reaksiya
Rusiya ehtiyatlarının dondurulmasının birdəfəlik 36 ay uzadılmasını müzakirə edən Avropa Birliyi Vaşinqtonun göstərişlərinə əməl edir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz, əlbəttə ki, AB-də Rusiyanın dövlət ehtiyatlarının dondurulması ilə bağlı qeyri-qanuni antirusiya sanksiyalarının uzadılması praktikasına keçidin məqsədəuyğunluğu ilə bağlı cari altı ay üçün deyil, birdəfəlik 36 ay müddətinə davam edən müzakirələrdən xəbərdarıq. Bu ssenarini Brüsselə kimin tətbiq etdiyini də bilirik.
AB üzvləri öz maraqlarından asılı olmayaraq, bir daha Amerika administrasiyasının göstərişlərini yerinə yetirməyə hazırdırlar və hesab edirlər ki, bu variantla Vaşinqton, daha dəqiq desək, ABŞ-ın kreditor bankları daha az riskə malik olacaqlar. Qərbdə Kiyevə ayrılan kredit vəsaitlərinin geri alınması G7 çərçivəsində razılaşdırılıb", - XİN rəsmisi deyib.