ABŞ-nin növbəti prezidenti Ukraynada atəşkəsə nail olmalıdır — Vuçiç

 23:14 30.10.2024     148

ABŞ-nin növbəti lideri Ukrayna münaqişəsini başa çatdırmaq üçün barışıq əldə etməlidir.

Redaktor.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Mümkün qədər tez atəşkəs əldə edilməlidi. Onda uzunmüddətli sülhə nail olmaq üçün yollar olacaq. Lakin bu ilk addımı mümkün qədər tez atmaq lazımdır", - o qeyd edib.

Serbiya liderinin sözlərinə görə, döyüşlərin dayandırılması Qərbin marağına cavab verəcək.

Türkan İSGƏNDƏRLİ