Cənubi Koreya KXDR-ə yeni sanksiyalar tətbiq EDƏCƏK

 09:00 31.10.2024     165

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) buraxdığı ehtimal olunan qitələrarası ballistik raketə görə rəsmi Pxenyana yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

Bundan əlavə, Cənubi Koreya Prezidenti Yun Sok Yeol KXDR-in təxribatlarına beynəlxalq icma ilə birgə qətiyyətli cavab verilməsi və Pxenyana qarşı gələcək hərəkətlərdə gözlənilməz elementin aradan qaldırılması üçün tam hazırlığın təmin edilməsini tapşırıb.

Daha əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikası balistik raket atışı həyata keçirib. Məlumata əsasən, buraxılış Yapon dənizinə doğru həyata keçirilib.