Livanda 100-dən çox tibb işçisi öldürülüb - BMT

 10:05 31.10.2024     157

Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bu il Livanda ən azı 100-dən çox tibb işçisi həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, 102 nəfər ölüb, 83 nəfər isə yaralanıb. 2023-cü il oktyabrın 8-dən sonra Livanda da tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə daha 27 hücum qeydə alınıb.

Türkan İSGƏNDƏRLİ