İspaniyada sel nəticəsində ölənlərin sayı 140-a YÜKSƏLDİ
Ölkənin şərq və cənub bölgələrini, xüsusilə də İspaniyanın şərqindəki Valensiya bölgəsini vuran daşqınlarda ölənlərin sayı 140-a yüksəlib.
Redaktor.az xəbər verir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE hökumət mənbələrinə istinadən sel fəlakətində ölənlərin sayının 140-a yüksəldiyini, əksəriyyətinin Valensiyada olduğunu açıqlayıb.
Xəbərdə çox sayda itkin düşdüyü vurğulanıb və ölənlərin sayının artacağının ehtimal olunduğu qeyd olunub.
Seymur BƏNNAYEV