İsrail Qəzza zolağında qələbə qazanmaqdan uzaqdır - İsrailli general-mayor

 20:29 31.10.2024     85

İsrailin istefada olan general-mayoru Yitzhak Brik, İsrail ordusunun Qəzza zolağında qələbə qazanmaqdan çox uzaq olduğunu, HƏMAS üzvlərinin hələ də tunellərdə olduğunu və iki il ərzində kifayət qədər qida hazırladıqlarını müdafiə edib.

Redaktor.az xəbər verir ki, İsrail Ordusunda Şikayətlər Komitəsinin sədri vəzifəsində çalışmış keçmiş general-mayor Brik “Maariv” qəzetinə müsahibəsində İsrail ordusunun Qəzzada tunellərin dağıdılması ilə bağlı yalan danışdığını bildirib.

Brik tunellərin çoxunun hələ də HƏMAS-ın əlində olduğunu və ordunun gücünün azalması səbəbindən Qəzza zolağına nəzarət etməkdə uzun müddət çətinlik çəkəcəyini qeyd edib. 

Seymur BƏNNAYEV