Ahıska türklərinin Qırğızıstana gəlişinin 80 illiyi qeyd EDİLDİ
Sovet İttifaqının (SSRİ) rəhbəri İosif Stalinin əmri ilə 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahıska şəhərindən qovulan türklərin Qırğızıstana gəlişinin 80 illiyi mədəniyyət və idman tədbirləri ilə qeyd olunub.
Redaktor.az xəbər verir ki, Qırğızıstan Ahıska Türkləri Dərnəyi, Qırğızıstan Xalq Məclisi və Çuy Vilayət Valiliyinin rəhbərliyi ilə Qırğızıstanın Tokmok şəhərində “Ahıska türkləri 80 ildir Qırğızıstan xalqı ilə birlik və həmrəylik içərisindədir” adlı mədəni-idman tədbiri keçirilib.
Qara-Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Türkiyənin Bişkekdəki səfirliyi, Qırğızıstan Xalq Məclisi, Qırğızıstan Çuy Vilayəti Qubernatorluğu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bişkek Koordinasiya İdarəsi, Türk Qızıl Aypara Cəmiyyəti, Qırğızıstan, Qazaxıstan və Türkiyədən Ahıska Türklərinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar iştirak edib.
Seymur BƏNNAYEV