Koreya Ukraynaya əsgər göndərməyi DÜŞÜNMÜR
Koreya Respublikası Ukraynaya əsgər və zabit göndərməyi düşünmür.
Redaktor.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Kim Yonq Hyun bəyan edib.
“Nazir döyüşlərdə iştirak etməkdə üçün deyil, hazırlıq məqsədilə kəşfiyyat məlumatlarının toplanması üçün məhdud sayda şəxsi heyəti digər ölkəyə göndərmək barədə qərar qəbul edə bilər. Aydınlaşdırım ki, Ukraynaya ordunun döyüş heyətinin göndərilməsi ümumiyyətlə müzakirə olunmur.
Ukraynadakı döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, beynəlxalq ictimaiyyətlə həmrəylik üçün yardım göstərəcəyimizi deyəndə “mərhələli” ifadəsini işlədirik.”, - deyə o qeyd edib.