Gürcüstan müxalifəti parlamentin yeni iclasında iştirak edəcək

 09:37 01.11.2024     158

Boykot lehinə bəyanatlara baxmayaraq, Gürcüstan müxalifəti ölkə parlamentinin yeni iclasında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.

"Mən əminəm ki, onlar parlamentə təsəvvür edə biləcəyimizdən də tez daxil olacaqlar", - Gürcüstanın baş naziri deyib.

Kobaxidzenin sözlərinə görə, müxalifət partiyalarının boykotu davam etdirmək üçün kifayət qədər resursları yoxdur. Siyasətçi onu da əlavə edib ki, seçilmiş parlamentin işinə məhəl qoymamaq məsələsi aktuallığını itirir.

Sevinc İBRAHİMZADƏ