İspaniyada daşqınlarda ölənlərin sayı 200-ü KEÇDİ

 17:40 01.11.2024     136

İspaniyanın cənub-şərqində tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, noyabrın 2-dək Krallıq ərazisində ümummilli matəm elan edilib.

Rəsmilər xeyli sayda itkin düşənlərin olduğunu bildirsələr də, onların sayı məlum deyil. O da qeyd olunur ki, dağıdıcı hadisəyə səbəb DANA sinfinə aid olduğu bildirilən güclü qasırğadır.

1957-ci ildən sonra xeyli sayda insanın ölümünə yol açan fəlakət özü ilə hidrometeorologiyada “soyuq damcı” fenomeni kimi tanınan atmosfer hadisəsi də gətirib.