İsrail ordusu yaşayış binasını bombaladı: 117 ölü

 20:22 01.11.2024     165

İsrail Qəzza zolağının şimalındakı Beyt Lahiya rayonunda bir binanı hədəfə alıb. Hücumdan sağ çıxan fələstinli qadın, ötən çərşənbə axşamı 247 nəfərin öldürüldüyü hadisədə ailəsinin soyqırıma məruz qaldığını söyləyərək deyib:  "117 parçalanmış cəsədi çıxarıb basdırdıq, təxminən 130 adam hələ də dağıntılar altındadır".

Redaktor.az xəbər verir ki,  Qəzza şəhərindəki Əhli Baptist Xəstəxanasına gedən və təhlükəsizlik səbəbiylə adını açıqlamaq istəməyən qadın, İsrail ordusunun 5 mərtəbəli ailə mənzilimizi bombaladığını, özünün, 3 uşağı və bəzi qohumlarının sağ qaldığını deyib. 

Qadın həkim qruplarının İsrailin mühasirəsinə görə hədəf alınan əraziyə çata bilmədiyini qeyd edib.

Seymur BƏNNAYEV