Ərdoğandan İmamoğlu və Özel-ə təzminat İDDİASI

 21:47 01.11.2024     180

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özel haqqında “prezidenti ictimai təhqir” və “böhtan” cinayətlərinə görə təzminat iddiası qaldırıb.

Redaktor.az xəbər verir ki, Türkiyə  Prezidenti Ərdoğanın vəkili Əhməd Özəl tərəfindən İstanbul Anadolu Növbətçi Məhkəməsinə təqdim edilən vəsatətdə Esenyurt Bələdiyyə Başçısı Özerin “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edildiyi bildirilib.

Müraciətdə İBB sədri İmamoğlunun oktyabrın 31-də Özerin həbsinə etiraz olaraq keçirilən mitinqdə Ərdoğana qarşı böhtan, əsassız ittihamlar irəli sürdüyü, prezidentin xalq qarşısında alçaldılması məqsədi ilə Ərdoğanın şəxsi hüquqlarını pozduğu vurğulanıb.

Seymur BƏNNAYEV