Qəzzanın şimalında poliomielit peyvəndi kampaniyası sabah yenidən başlamağa hazırdır - ÜST

 21:52 01.11.2024     164

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzanın şimalında oktyabrın 23-də təxirə salınan poliomielit peyvəndi kampaniyasının sabah yenidən başlamağa hazır olduğunu bildirib.

Resaktor.az xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Qəzza zolağında poliomielit peyvəndi kampaniyası ilə bağlı X səhifəsində paylaşım edib."Qəzzanın şimalında poliomielit peyvəndi sabah yenidən başlamağa hazırdır. Əminik ki, kampaniyanı həyata keçirmək üçün Qəzzada döyüşlərdə humanitar fasilə olacaq", - Qebreyesus deyib.

Qebreyesus bu dəfəki peyvənd prosesinin digərlərinə nisbətən kiçik bir ərazidə ararılacaöını bildirib: "Bu, bəzi uşaqları müdafiəsiz və daha yüksək infeksiya riski altında qoyacaq", - deyə qeyd edib. 

Seymur BƏNNAYEV