Keçmiş prezidentin tərəfdarları hərbi hissəni ələ KEÇİRDİ

 22:34 01.11.2024     155

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində hərbi hissəni ələ keçirərək hərbçiləri girov götürüblər.

Redaktor.az  xəbər verir ki, bu barədə Vara TV məlumat yayıb.

Əsgərlərdən biri ictimaiyyətə müraciətində girov götürüldüklərini və həyatlarının təhlükədə olduğunu bildirib.

O, işğalçıların tələbini də açıqlayıb: Boliviya hakimiyyəti Morales tərəfdarları tərəfindən bağlanan yolların açılması əməliyyatını dayandırmalıdır.

Bildirilir ki, hərbi hissəni ələ keçirənlərin sayı hərbçilərin sayından xeyli çoxdur.