ABŞ-də məktəbə süpürgəçinin adı VERİLDİ

 21:39 02.11.2024     181

ABŞ-nin Missuri ştatında məktəbə 30 ildən çoxdur bu müəssisədə çalışan 64 yaşlı süpürgəçi Kloidin Uilsonun adı verilib.

Redaktor.az xəbər verir ki, o, yalnız təmizlik işi ilə məşğul olmur, həm də bir çox digər vəzifələr, o cümlədən sanitar və məktəb avtobusu sürücüsü kimi fəaliyyət göstərir.

Məktəbin direktoru Çak Boren qeyd edib ki, Uilson uşaqlar üçün əhəmiyyətli şəxs olub və şagirdlər tez-tez ona dəstək üçün müraciət ediblər.

“Problemləri olduqda, ona üz tuturdular”, - o əlavə edib.

Məktəb administratorunun köməkçisi Mark Sasfi vurğulayıb ki, Kloidin dairənin simvoluna çevrildiyini, müəllim Ceykob Miller isə karyerasının əvvəlində Uilsonun ona dəstək olduğunu xatırlayıb. Bu cür şərəfləndirilməsinə baxmayaraq, Uilson özünün uşaqlarla ünsiyyətini ən böyük mükafatı hesab etdiyini bildirib.