Argentinada 5,6 maqnitudalı zəlzələ OLDU

 10:22 03.11.2024     177

Argentinada 5,6 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı Mendos əyalətində, San-Rafael şəhərindən 159 km cənub-qərbdə, 176 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.