Qarabağdan gedən ermənilərin uşaqları təxribat TÖRƏTDİ

 13:55 03.11.2024     180

Macarıstanın paytaxtı Budapeştdə Qarabağdan gedən ermənilərin müxtəlif siniflərdə oxuyan 12 və 14 yaşlı övladları məktəbdə təxribat törədiblər.

Redaktor.az xəbər verir ki, erməni uşaqlar yerli şagirdlərə sataşıb, onları döyüblər.

Məsələ burasındadır ki, ermənilər uşaqlarının bu hərəkətini qəhrəmənalıq kimi təqdim edirlər.

“Müxtəlif siniflərdə oxuyan erməni şagirdlər dərsdən sonra sinifdəki bütün oğlanlara (təxminən 14 şagird) yaxşı “dərs” verdilər”, - ermənilər yazır.

Nəticədə onlar polis tərəfindən həbs edilib, təhsildən məhrum edilib, valideynləri isə cərimələnib. Hər yerdə öz xislətlərini göstərən ermənilər bu qərarla razılaşmayaraq məhkəməyə müraciət ediblər.