Moldovada seçici aktivliyi kəskin ARTDI

 22:20 03.11.2024     138

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda seçici aktivliyi saat 19:00 üçün 52%-i keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının saytı məlumat yayıb.

Bildirilib ki, seçki məntəqələri saat 21:00-da (yerli vaxtla) bağlanacaq.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən birinci turda seçici aktivliyi 48,5 faiz olmuşdu.

İkinci turda ölkə Prezidenti Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır.