Ermənistan hər gün 3,6 milyon dollar borc GÖTÜRÜR

 22:32 03.11.2024     142

Ermənistanın ötən 9 ayda dövlət borcu 685 milyon dollar artıb. İlin sonuna qədər onu daha 665 milyon dollar artırıb dövlətin borcunu 12 milyard 644 milyon dollara çatdırmaq niyyətindədirlər.

Redaktor.az xəbər verir ki, bu sözləri erməni iqtisadçı Akop Köçəryan qeyd edib.

O bildirib ki, bu il ərzində dövlətin borcu daha 1 milyard 350 milyon dollar artacaq:

“Bu isə o deməkdir ki, cari ilin hər günü biz vergi ödəyicilərinin borcu 3,6 milyon dollar artıb”.