İsrail bu addımı ilə İrana təsir edə bilər - Pezeşkian

 23:40 03.11.2024     177

İsrailin Qəzza zolağında və Livanda atəşkəslə razılaşması İranın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab addımı atmaq qərarına təsir edə bilər.

Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Onlar çox yaxşı bilirlər ki, İrana qarşı hər hansı bir səhv etsələr, sarsıdıcı cavab alacaqlar. Yalnız onların davranışlarına yenidən baxması, atəşkəslə razılaşması və bölgədə günahsız insanların öldürülməsini dayandırması bizim necə və hansı qüvvə ilə cavab verəcəyimizə təsir edə bilər”, - deyə Pezeşkian bildirib.