Boliviyada 90-dan çox polis yaralandı
20 gündən çox ölkə boyu yolları bağlayan Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları ilə toqquşma nəticəsində onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Karlos del Kastilyo bildirib.
“21 gün ərzində 92 polis əməkdaşı yaralanıb. Müvafiq idarə rəisi bildirib ki, son əməliyyat zamanı ştatda vəziyyəti sabitləşdirmək üçün 44 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb".
O, Boliviyada asayişi qorumaq üçün ümumilikdə 11 mindən çox polisin vəzifə yerinə yetirdiyini açıqlayıb.
Del Castillo bildirib ki, etirazları işıqlandıran 35 müxbir hücuma məruz qalıb. Bu günə qədər 164 nümayişçi saxlanılıb.
Qeyd edək ki, oktyabrın 27-də Boliviya Xarici İşlər Nazirliyi Moralesin respublikada sabitliyi pozmağa çalışdığını açıqlayıb. Nazirliyin bəyan etdiyi kimi, keçmiş prezidentin tərəfdarları 13 gündür ki, ölkə boyu yolları bağlayır, yanacaq və ərzaq təminatına mane olurlar.