Fələstinin dünya tərəfindən tanınması, onu xilas edəcək - Ərdoğan

 13:30 04.11.2024     330

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin 50 minə yaxın insanın ölümünə səbəb olan Qəzza zolağında aqressiv hərəkətlərini əsrin ən dəhşətli soyqırımlarından biri adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə TRT xəbər telekanalı məlumat yayıb.

“Əsrimizin ən amansız soyqırımlarından biri Qəzza zolağında törədilir. İsrailin Qəzza və Livana qarşı sionist təcavüzünə ən yaxşı cavablardan biri Fələstinin mümkün qədər çox dövlət tərəfindən tanınması olacaq" - prezident qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qəzzada böhran başlayandan bəri Misir vasitəsilə bölgəyə 85 min tondan çox humanitar yardım çatdırıb.

Türkan İSGƏNDƏRLİ