İranın İsrailə cavabı sərt olacaq

 17:58 04.11.2024     137

İran rəhbərliyi İsrailin İslam Respublikasına son zərbələri ilə bağlı cavab hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə cavab qətiyyətli və ağır olacaq.

“Bizim sionist rejimin təcavüzünə cavab ssenariləri artıq müəyyən edilib. Bu cavab üçün bütün imkanlarımızdan istifadə edəcəyimiz tamamilə təbiidir”, - diplomat qeyd edib.

Bəqayi vurğulayıb ki, son bir həftə ərzində iranlı diplomatlar fəal işləyiblər. Xarici işlər nazirinin Səudiyyə Ərəbistanı, İndoneziya və Qətərdən olan həmkarları ilə telefon danışığı olub, danışıqlar zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkan İSGƏNDƏRLİ