Macarıstan fövqəladə vəziyyət rejimini UZATDI

 20:18 04.11.2024     140

Macarıstan parlamenti qonşu Ukraynadakı silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini uzadıb.

Redaktor.az xəbər verir ki, böyük səs çoxluğu ilə daha altı ay, mayın 18-dək uzadılıb.

Qanunvericilik orqanının internet saytında yayımlanan səsvermə zamanı 199 deputatdan 130-u müvafiq qanun layihəsinin lehinə, 49-u isə əleyhinə çıxış edib.

Hakim partiyanın "FİDES - Macarıstan Vətəndaş Birliyi" fraksiyası və onun kiçik tərəfdaşları - Xristian Demokratlar bu sənədi dəstəkləyib, bütün müxalifət partiyalarının nümayəndələri isə onu tənqid ediblər.

Xatırladaq ki, hökumət 2022-ci ilin mayında Ukraynada baş verən hadisələrlə əlaqədar 180 gün müddətinə fövqəladə vəziyyət elan edib və o vaxtdan bu rejimi dörd dəfə uzadıb.

Seymur BƏNNAYEV