Putin Şimali Koreyanın XİN başçısı ilə GÖRÜŞDÜ

 20:43 04.11.2024     137

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya xarici işlər naziri Çoy Sonq Hi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov görüşün təfərrüatı barədə məlumat verməyib.

Qeyd edək ki, Çoy Sonq Hi ötən həftədən bəri Rusiyada səfərdədir. Noyabrın 1-də o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.