Rusiya ilə bu sazişi bağlamağa hazırıq - Ukrayna

 21:20 04.11.2024     132

Ukrayna Qətərin və ya başqa ölkənin vasitəçiliyi ilə Rusiya ilə enerji infrastrukturu obyektlərinə hücumların dayandırılmasına dair sazişin bağlanması imkanlarını nəzərdən keçirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak qeyd edib ki, bu baxımdan "taxıl müqaviləsi"nə bənzər bir prinsip tətbiq oluna bilər.

Lakin o bildirib ki, hazırda Kiyev və Moskva arasında danışıqlar aparılmır.