Nigeriyada Nazirlər Kabinetində dəyişiklik EDİLDİ

 21:25 04.11.2024     130

Nigeriya prezidenti Bola Əhməd Tinubu kabinetdə dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, prezidentlikdən verilən açıqlamaya görə, ölkədə Nazirlər Kabinetində dəyişiklik edilib.

Bu çərçivədə keçən ay 5 naziri vəzifəsindən azad edən Tinubu kabinetə 7 yeni nazir təyin edib.

Tinubu andiçmə mərasimindən sonra verdiyi açıqlamada ölkə iqtisadiyyatında canlanmanın yaxın olduğunu bildirib.

Ölkə iqtisadiyyatını yaxşılaşdırmaq üçün işlərini davam etdirdiyini qeyd edən Tinubu yeni nazirlərin məhz bu səbəbdən təyin edildiyini bildirib.

Seymur BƏNNAYEV