ABŞ-dakı seçkilər bizim üçün əhəmiyyətli deyil - Berbok

 23:46 04.11.2024     171

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ukraynanın müdafiəsini dəstəkləməyə davam edəcəklərini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Berbok Kiyevdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında məlumat verib.

Berbok ABŞ-dakı seçkilərin nəticələrinin Almaniya üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb. O bildirib ki, Almaniya Ukraynanın müdafiəsinə sərmayə qoymaqla, öz müdafiəsinə də sərmayə yatırır.

Nazir ABŞ-dakı seçkilərin nəticələrinin nə olacağını bilmədiklərini, lakin beynəlxalq məsuliyyət kontekstində səyləri birləşdirmək lazım olduğunu qeyd edib.

O, Almaniyada bəzi insanların Ukraynanı dəstəkləməkdə şübhələri olduğunu, lakin Almaniyanın böyük bir ölkə olaraq məsuliyyətini bildiyini vurğulayıb.

"Siz tək deyilsiniz. Dünyada bu dəqiqə ən güclü dostlarınız və tərəfdaşlarınız var. Biz sizə dəstək olmağa davam edəcəyik, çünki siz Avropadakı azadlığımız uğrunda mübarizə aparırsınız", – deyə Berbok bildirib.