"iPhone 14 Pro Max" partladı, sahibi yandı

 09:41 05.11.2024     166

Çində "iPhone 14 Pro Max"da enerji yığarkən partlayan və sahibini yaralayan insident baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Şansi əyalətində baş verib. Qadın enerji dolduran telefonun yanında yatarkən cihaz səhər saatlarında partlayıb və o, təsadüfən alova toxunduğu üçün yanıb.

Hadisə yerindən əldə edilən sənədlərdə göstərilib ki, çarpayıya, divarlara yanğın və tüstüdən ciddi ziyan dəyib.

İlkin məlumata görə, partlayışa səbəb batareyanın sıradan çıxması olub. Telefon 2022-ci ildə alınıb və zəmanət müddəti bitsə də, zərərçəkmiş aldığı xəsarətlərə və kirayə götürdüyü mənzilə dəyən ziyana görə "Apple"dan təzminat alacağına ümid edir.

"Apple" hadisədən narahatlığını bildirib və cihazı nəzərdən keçirəcəyini söyləyib. Şirkət təhlükəsizliyin onlar üçün prioritet olaraq qaldığını vurğulayıb.

Batareyanın orijinal olub-olmaması və ya əvvəllər təmir olunub-olunmadığı bəlli deyil.

Sevinc İBRAHİMZADƏ