Orban Qırğızıstana rəsmi səfər ETDİ
Macarıstanın Baş naziri Viktor Orban Qırğızıstana səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya dövlətinin Nazirlər Kabinetinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
O, Macarıstan və Qırğızıstan arasında yüksək səviyyəli danışıqlar aparmaq üçün Bişkekə uçub. Tərəflər ikitərəfli əməkdaşlığı müzakirə edəcək və əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra sənədlər imzalayacaqlar.
Qeyd edək ki, Orban, noyabrın 6-da Türk Dövlətləri Təşkilatının sammitində də iştirak edəcək. Macarıstan müşahidəçi statusuna malikdir və bir neçə dəfə uzaq türk mənşəli olduğuna görə icmaya qoşulmaq arzusunu ifadə edib. İndi bura Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.
Türkan İSGƏNDƏRLİ