ABŞ-də ilk seçki məntəqəsinin nəticələrinə yekun VURULDU
ABŞ-də sürətli səsvermənin keçirildiyi Nyu-Hempşir ştatının şəhəri Diksvill Notçda prezident seçkilərinin nəticələrinə yekun vurulub.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
Məlumata görə, Demokrat namizəd Kamala Harris və Respublikaçı Donald Trampın hər biri üç xalq səsi toplayıb.
Səsvermə başlayandan bir neçə dəqiqə sonra başa çatıb və bülletenlər də eyni sürətlə emal edilib. Bildirilib ki, Tramp və Harrisin qalib gəlmək şansları bərabərdir.
Türkan İSGƏNDƏRLİ